Ru
14:28 / 21 İyun 2018

Azərbaycan-İran sərhədindəki atışma ilə bağlı RƏSMİ AÇIQLAMA/ FOTOLAR

1985
Azərbaycan-İran sərhədindəki atışma ilə bağlı rəsmi məlumat yayılıb.


Dövlət Sərhəd Xidmətindən BakuPost-a verilən məlumata görə, 2018-ci ilin 21 iyun tarixində saat 02:45 radələrində DSX-nin sərhəd qoşunlarının Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayo­nu­nun Bay­xanlı kəndinin yaxınlığın­dakı sərhəd zasta­va­­sı­nın xid­mə­ti ərazisində dövlət sərhə­dinin po­zulmasına cəhd edil­ib.


Sərhəd naryadı tərə­fin­dən İran İslam Res­pub­likasından Azər­bay­can Res­pub­likası istiqamə­tində silahlı şəxslərin hərəkəti aşkar olun­­­ub və qarşısı alınıb.


Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd nar­yadının qanuni tələbinə və xəbər­darlıq atəşinə tabe ol­ma­yan sərhəd pozu­cu­ları tərəfindən sərhəd nar­yadına qarşı silah tətbiq edilib. Baş vermiş hadisə zamanı sər­həd nar­ya­dının baş­çısı Balakən rayonundan həqiqi hərbi xidmətə çağı­rılmış əsgər Kuru­pov Ra­­ma­zan Məmməd oğlu döş qəfəsi, əl və ayaq nahiyələrindən gül­lə yaraları alıb. Dövlət sərhə­dini pozmağa mü­vəf­fəq ola bilməyən sər­həd pozu­cuları geri qaçıblar.


Əsgər R.Kurupov digər sərhəd naryadı tərəfindən ilkin tibbi yardım gös­tərildikdən sonra təcili olaraq Cəlilabad rayon mərkəzi xəstəxana­sına təxliyə edilib. Xəstəxananın və DSX hərbi hospitalının hadisə ilə əlaqədar Cəlilabad rayonuna ezam olunmuş həkimləri tərəfindən əsgər təcili əməliy­yat olunub.


Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-pol­kov­nik Elçin Quliyev və digər rəhbər vəzifəli şəxslər əraziyə gəlib, hadisə yerinə baxış keçirib, əməliyyat-axtarış tədbirlərinin davam et­di­ril­məsinə dair zəruri tapşırıqlar verib.


Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, Cəlilabad rayon icra ha­ki­­miy­yətinin başçısı, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri Cəli­labad rayon mərkəzi xəstəxanasında əsgər R.Ku­rupova baş çəkib, səhhətinin vəziyyəti ilə maraqlanıblar.


Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev sərhədçi əsgəri təcili əməliyyat edərək onun həyatını xilas etmiş tibb heyətinə, həmçinin əsgərin əməliyyatı üçün qan vermiş DİN-in Cəli­labad rayon şöbəsi­nin əməkdaşlarına dərin minnətdarlığını bildir­ib.


Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə əsgər Kurupov Ra­­mazan Məmməd oğlu xidməti vəzifələrinin icra­sında göstərdiyi şücaətə görə "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olun­ub.


Hadisə ilə əlaqədar zəruri tədbir­lər həyata keçirilir. Fakt üzrə Hər­bi Pro­ku­rorluq tərəfindən cinayət işi başlanılıb.

Azərbaycan-İran sərhədindəki atışma ilə bağlı  RƏSMİ AÇIQLAMA/ FOTOLAR
Azərbaycan-İran sərhədindəki atışma ilə bağlı  RƏSMİ AÇIQLAMA/ FOTOLAR
Azərbaycan-İran sərhədindəki atışma ilə bağlı  RƏSMİ AÇIQLAMA/ FOTOLAR
Azərbaycan-İran sərhədindəki atışma ilə bağlı  RƏSMİ AÇIQLAMA/ FOTOLAR
Azərbaycan-İran sərhədindəki atışma ilə bağlı  RƏSMİ AÇIQLAMA/ FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər