Ru
10:43 / 27 Mart 2017

Azərbaycan-İran sərhədində insident

1058
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları növbəti dəfə dövlət sərhədinin pozul­masının və külli miqdarda qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısını alıb.

 

DSX-nin mətbuat mərkəzindən BakiPost.az-a verilən məlumata görə, martın 19-da saat 21:48 radələrində Cəlilabad rayonunun Bəyxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmağa cəhd edən iki nəfər sərhəd pozucusu aşkarlanıb. Təqib olunan sərhəd pozucuları sərhəd naryadının "dayan” çağırışına və xəbərdarlıq atəşinə baxmayaraq, üzərilərində olan qaçaqmalı ataraq havanın qaranlıq olmasından və sərhəd xəttinə yaxın olmalarından istifadə edərək geriyə qaçmağa müvəffəq olublar.

 

Xidməti ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 546 konvolyut "T-DOOL”, 300 konvolyut "Pregabalin,” 930 konvolyut  "FOX DOL”, 30 konvolyut "Methadone”, 500 konvolyut "T-DOLL 200 ml”, 1000 ədəd "Mydrax” markalı psixotrop preparatları, 15 qram narkotik maddə olan tiryək aşkarlanaraq götürülüb.

 

Sərhəd pozucularının şəxsiyyətlərinin müəyyən edilərək saxlanılması məqsədilə müqabil tərəf məlumatlandırılıb.

 

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər