Ru
22:59 / 20 Oktyabr 2018

Azərbaycan idmançısı Avropa birinciliyinin qalibi olub

1924
Ağır Atletika üzrə Azərbaycan yığma komandasının üzvü Məhəmməd Məmmədli Polşanın Zamots şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyində yaşı 23-ə qədər olan gənclərin 62 kq çəki dərəcəsindəki mübarizəsində tarixi uğura imza atıb.


Azərbaycan Ağır Atletika Federasiyasından BakuPost-a verilən məlumata görə, atletimiz birdən qaldırma hərəkətində 121 kq-ı ram edərək bu hərəkətdə gümüş medala sahib çıxıb.


Məhəmməd təkanla qaldırma hərəkətində 150 kq-ı qaldıraraq bu hərəkətdə qızıl medal əldə edib.


M.Məmmədli toplam 271 kq (121+150) nəticə ilə yekun sıralamada da Avropa birinciliyinin qalibi adını qazanıb.


Daha əvvəl Azərbaycanın ağır atletika üzrə millisi Avropa birinciliyində ilk medalını qazanıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər