Ru
23:05 / 26 May 2018

“Azərbaycan hörmətə layiq bir ölkədir” - Prezident

2848
"Azərbaycanın xarici siyasəti prinsipial siyasətdir və müstəqil siyasətdir. Hesab edirəm ki, buna görə biz beynəlxalq aləmdə böyük nüfuza malikik və bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli dövlət kimi tanınır”. 

 

BakuPost-un xəbərinə görə, bunu ADA Universitetində məzun günü ilə əlaqədar təşkil olunmuş tədbirdə çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.


Dövlət başçısı qeyd edib ki, Azərbaycan öz milli maraqlarını bütün beynəlxalq arenalarda müdafiə edir: "Bizimlə hesablaşırlar, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin saylı getdikcə artır. Xarici siyasətimiz daxili siyasətimizin davamıdır və ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına və iqtisadi maraqlarımızın təmin edilməsi istiqamətinə hesablanan xarici siyasətdir”.


"Müstəqil siyasət aparmaq xüsusilə bizim bölgəmizdə və indiki şəraitdə o qədər də asan məsələ deyil. Ancaq bizim mövqeyimiz həmişə ondan ibarət olub ki, biz müstəqil siyasətimizlə xalqımızın maraqlarını təmin etməliyik. Azərbaycan xalqının maraqları bizim üçün hər şeydən üstündür. Məhz buna görə hesab edirəm ki, biz böyük hörmətə nail ola bildik və bunun əyani təzahürü BMT Təhlükəsizlik Şurasına seçilməyimizdir. 155 ölkə Azərbaycana etimad göstərib bizi dünyanın ən mötəbər qurumu olan Təhlükəsizlik Şurasına üzv seçmişdir. Bu, bizim beynəlxalq nüfuzumuzun bariz nümunəsidir. O gündən artıq bir neçə il keçib. Mən tam əminəm ki, bu gün Azərbaycan beynəlxalq müstəvidə daha da möhkəm dayaqlara və hörmətə layiq bir ölkədir”, - deyə prezident İlham Əliyev qeyd edib.
“Azərbaycan hörmətə layiq bir ölkədir” -  Prezident
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər