Ru
18:00 / 23 Sentyabr 2017

Azərbaycan Gürcüstandakı yanğının söndürülməsi üçün helikopter göndərdi

1561
Gürcüstan hökumətinin müraciətinə əsasən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib.

 

Bu barədə BakuPost.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

 

Məlumatda bildirilir ki, sentyabrın 23-də Fövqəladə Hallar Nazirliyinin Aviasiya  dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş "Ka-32A" helikopteri havaya qalxaraq Gürcüstan istiqamətində yola düşüb.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər