Ru
18:47 / 23 Yanvar 2017

Azərbaycan əsilli deputat AŞPA-nın vitse-prezidenti seçildi

949
Ukrayna Ali Radasının Azərbaycan əsilli deputatı Georgi Loqvinski Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti seçilib.

 

APA-nın məlumatına görə, G. Loqvinski AŞPA-nın Strasburqda keçirilən sessiyasında yekdilliklə bu vəzifəyə layiq görülüb.

 

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev APA-ya bildirib ki, G. Loqvinski Azərbaycan diasporu ilə yaxından əməkdaşlıq edir və azərbaycanlıların ən yaxın dostudur: "O, 20 Yanvar faciəsi ilə bağlı səfirliklə birgə keçirdiyimiz iki gün əvvəlki tədbirdə iştirak etdi və Azərbaycanın problemlərinə daim şərik olduğunu açıqladı”.

 

Qeyd edək ki, G. Loqvinski əslən Azərbaycanın Göyçay rayonundandır və milliyyətcə yəhudidir. 

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər