“Azərbaycan dövlət çevrilişi ilə təhdid edilir” - Mirşahindən hökuməti söyənlərə sərt cavab/ VİDEO

3202
Bir neçə gün əvvəl fəaliyyətə başlayan Real TV-də "Mirşahinin vaxtı” adlı proqram yayımlanmağa başlayıb.

BakuPost xəbər verir ki, verilişin növbəti buraxılışı Avropada, ümumiyyətlə xaricdə yaşayan və anti-Azərbaycan mövqeyi sərgiləyən şəxslərə həsr olunub. Mirşahin Ağayev onları "maşa” adlandırıb. Telejurnalist bir qrup şəxsin Azərbaycan hakimiyyətinin ünvanına təhqirlər yağdırdığını, lakin Azərbaycan hakimiyyətinin isə hələ ki heyrətamiz soyuqqanlılıq, hövsələ nümayış etdirdiyini deyib:

"Dövləti, Prezidenti, Ali Baş komandanı müdafiə xarakterli yazı, status və şərh yazanları dərhal təhqir atəşinə tuturlar. Söyürlər, adını da qoyurlar Demokratiya. Əgər demokratiya budursa, demokratiyanın insan sifəti Orduxan, Tural, Rafael kimi sergeylər və ya onların belə tərbiyəsiz törəmələridirsə,  hansısa xoşbəxt gələcəyi onlar anons edirlərsə,  mən hamını bu kütləvi ayıbçılıqla mübarizəyə çağırıram. Və bu mübarizə konkret və ünvanlı olmalıdır. Mötəbər Xarici İşlər Nazirliyimizin hikmətli kəlamlarına, səfil-sərgərdanlaşmış həmyersizlərimizin çuğulçuluqlarına qarşı addımları barədə məlumatlarına, Azərbaycandan kənarda yaşayan normal və tərbiyəli azərbaycanlılarımızın əks cavablarına əşhəddü-ehtiyacımız var. Çünki Azərbaycan bayrağına bükülərək bu dövləti guya sevdiyini nümayiş etdirən haramzadalar elə həmin Azərbaycanın bir nömrəli şəxsiyyət vəsiqəsini daşıyan kəsi təhqir edirlər. Bu təhqir kampaniyasında Azərbaycan bayrağından istifadə olunur.  Belə olan halda hər bir Azərbaycan vətəndaşı özünü təhqir edilmiş saya bilər. Mən özümdən başladım! Heç kim cavabsız qalmayacaq! Özü də bu sözləri mən Real Televiziyasının rəhbəri kimi deyirəm. Bu dava həm də mənim davamdır. Şarikovları tanıyanlar bilir ki, onlar vücudlarını nə qədər dəyişsələr də it xislətindən çıxa bilmirlər. İtlərə isə hürriyyət sözünün ilk üç hərfinin dəxli var. Sadəcə "hür”ün və ya hürün!! Hürriyyət isə bir başqa mətləbdir!”
 
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər