Ru
14:12 / 30 Aprel 2017

Azərbaycan dünyanın ən güclü ordularının reytinqində

1273
Azərbaycan Silahlı Qüvvələri "dünyanın ən güclü ordusu” reytinqində 59-cu yeri tutub.


BakiPost.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Global Firepower təşkilatının elektron səhifəsində bildirilib.


Qonşu Gürcüstan reytinqdə 80-cı, Ermənistan isə 95-ci pillədə qərarlaşıb.


İlk onluq belədir: ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Böyük Britaniya, Yaponiya, Türkiyə, Almaniya və İtaliya.


Son yerlərdə Namibiya, Somali və Mərkəzi Afrika Respublikasının Silahlı Qüvvələri qərarlaşıb.


Global Firepower Index reytinqi dünyada ən məşhur və nüfuzlu reytinq hesab edilir. GFP məlumat bazasının məqsədi dünya silahlı qüvvələri haqqında informasiya toplamaq, təhlil etmək və çıxarışlar etməkdir.


Dövlətlərin hərbi qüvvələrini müqayisə etmək üçün Global Firepower Index-in müəllifləri mürəkkəb qiymətləndirmə metodikasından istifadə edirlər, burada 50-dən artıq müxtəlif amillər nəzərə alınır.  

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər