Ru
13:08 / 22 İyun 2018

“Azərbaycan Dünya Bankından verilən kreditdən imtina edəcək” - Samir Şərifov

2024
Azərbaycan Dünya Bankından üçüncü "Azərbaycan kənd investisiyaları” (AZRIP-3) layihəsinin reallaşdırılması üçün verilən kreditdən imtina etmək niyyətindədir.


BakuPost Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov deyib.


Onun sözlərinə görə, kənd investisiyaları üzrə layihə vacibdir və bu layihə davam etdiriləcək:


"Sadəcə biz Dünya Bankının kreditlərindən imtina etmək və layihəni daxili vəsaitlər hesabına reallaşdırmaq niyyətindəyik. Bu, onunla əlaqədardır ki, hökumət balanslaşdırılmış kredit siyasəti həyata keçirmək niyyətindədir. AZRIP-3 əsasən tikinti və abadlaşdırma işlərini əhatə edir və xaricdən hər hansı avadanlıq və ya materialın gətirilməsi nəzərdə tutulmur”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər