Azərbaycan bankları gücləndirilmiş iş rejiminə keçir

697
Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri elan edilmiş avqustun 22-23-də əhalinin və çoxsaylı turistlərin bank xidmətlərindən rahat faydalanması üçün bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.

BakuPost Palataya istinadən xəbər verir ki, bayram günləri ərzində valyuta mübadiləsi xidmətlərinə rahat çıxışı təmin etmək məqsədilə paytaxtda və bölgələrdə fəaliyyət göstərən 22 bankın 56 filial və şöbəsi müştərilərə xidmət göstərəcək. 

Bakı şəhərində yerləşən 6 bankın 2 filialı və 5 şöbəsi 24/7 rejimində işləyəcək.

Bayram günlərində, həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı sual və problemlə bağlı Palatada yaradılmış qaynar xəttə müraciət edilə bilər:

Əlaqələndirici şəxs: Azər Quluyev

E-mail: azar.guluyev@fimsa.az

Tel: (+994) 70 908 62 21
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər