Ru
19:26 / 14 İyun 2018

Azərbaycan alçaq gərginlikli və kontrol kabellərin ixracına başladı

2074
Dünyada "Made in Azerbaijan” markasını təmsil edən "Sumqayıt Texnologiyalar Parkı” (STP) MMC Tacikistana növbəti dəfə məhsul ixracını həyata keçirib.


BakuPost xəbər verir ki, bu gün STP sifarişçiyə Tacikistanda "Roqun” Hidroelektrostansiyasının yenidənqurulmasında istifadə üçün böyük həcmdə iki növ kabel göndərib. 


Məlumat üçün bildirək ki, Texnoparkın tərkibində fəaliyyət göstərən dünyanın ən iri və yüksək texnologiyaya malik Kabel Zavodlarından biri ölkədə ilk dəfə olaraq xarici bazara  1 kV-dək olan alçaq gərginlikli və kontrol kabelləri ixrac edib.


Onu da əlavə edək ki, bundan öncə STP Tacikistanda həyata keçirilən "Ravşan yarımstansiyasının inşası və yenidən qurulması Layihəsi" çərçivəsində istifadə üçün müxtəlif növ kabel məhsulları təqdim etmişdi.  


Qeyd edək ki, STP-nin Kabel Zavodunda 28 min çeşiddə 500 kV-a qədər orta, yüksək və ifrat yüksək gərginlikli güc naqilləri, stasionar və qeyri-stasionar qoyuluşlu, idarəetmə, XLPE, koaksial, gəmi, neft quyularında tətbiq olunan zirehli, müxtəlif növlü optik telefon, LAN, yüksək temperatura davamlı, qalayla örtülü damarlı torpaqlama kabellər istehsal olunur. Zavodun yüksək texnologiyalar əsasında istehsal etdiyi məhsullar rəqabətqabiliyyətli olub, həm yerli, həm də xarici bazarlarda geniş yayılıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər