Azay Quliyevdən prezidentin çağırışına dəstək - FOTO

2194

"QHT-lərə Dövlət Dəstəyi Şurasının tezliklə elan edəcəyi 2-ci qrant müsabiqəsinin əsas mövzularından biri XX əsrin əvvəllərində itirilmiş torpaqlarımızın (Göyçə, Zəngəzur, İrəvan) tarixinin, toponimikasının, mətbəxinin və öyrənilməsinə və təbliğinə həsr olunacaq".

BakuPost xəbər verir ki, bunu tvitter hesabında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bəyan edib.

Nəzərə çatdıraq ki, prezident İlham Əliyev fevralın 8-də YAP-ın qurultayında çıxış edərkən Qarabağın azad olunması məsələsindən danışarkən həmçinin qeyd edib: "Biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.

O ki qaldı, Ermənistana, indi hər kəs görür ki, bu ölkə öz işğalçılıq siyasətinin girovuna, qurbanına çevrilib. Biz onları demək olar ki, bütün beynəlxalq layihələrdən təcrid etmişik, bütün enerji və nəqliyyat xətləri onlardan yan keçir və bunu biz etmişik"- prezident çıxışında qeyd edib.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər