Ru
09:46 / 22 Yanvar 2017

"Azadlıq" qəzetinin baş redaktor müavini ölkədən getdi

5901
"Azadlıq" qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Azərbaycanı birdəfəlik tərk edib.

 

BakiPost.az xəbər verir ki, o, ailəsi ilə birlikdə Fransaya, rəhbərlik etdiyi qəzetin baş redaktoru Qənimət Zahidin yanına gedib. R.Hacıyevin yaxın günlərdə Hollandiyaya yollanacağı və orada qaçqın statusu almaq üçün müraciət edəcəyi bildirilir. 

 

Rahim Hacıyev Qənimət Zahid Fransaya köçəndən sonra "Azadlıq" qəzetinə faktiki rəhbərlik edirdi. O, son vaxtlar bir neçə dəfə qəzetin həbsdə olan yayım direktoru Faiq Əmirlinin işi ilə bağlı istintaqda dindirilib. 

 

"Azadlıq" qəzetinin çapı 2016-cı ilin noyabrından dayandırılıb.


 

Azər

Bakı Post

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər