Ru
17:11 / 27 İyul 2017

“Ayrılıqla barışmaq üçün ev işləri görürdüm” - Ancelina Cöli

1073
"Oskar” mükafatçısı Ancelina Coli dəb jurnallarından birinə müsahibə verib. 


BakuPost.az-ın məlumatına görə, aktrisa Bred Prittlə boşanmasının pərdəarxası məqamlarından söz açıb. 10 ay əvvəl boşanan 42 yaşlı Coli bunları deyib: 

"2016-cı ildə Kambocadakı film çəkilişləri zamanı həddindən çox arıqlamışdım. Bu, həyatımın ən çətin vaxtları idi. Onunla sadəcə havadan-sudan danışmaq üçün bir araya gələn insanlar kimi idik. 


Ayrılıq qərarından sonra uşaqlarla birlikdə bir müddət kirayədə yaşadım. Həyatıma yenidən başlamaq üçün Los-Ancelesdə 25 milyon dollara malikanə aldım. Yeni evə köçmək mən və uşaqlarım üçün böyük bir addımdır. 


Hamımız ailəmizi bir yerdə saxlamaq üçün əlimizdən gələni edirik. Ayrılıqla barışmaq üçün özümü ev işlərinə verdim, uşaqlarla vaxt keçirdim, itlərə qulluq elədim, qabları yudum, uşaqlarıma yatmazdan əvvəl nağıllar oxudum”.


Ancelina boşandıqdan sonra gizlicə ağladığını deyib: "Belə vəziyyətdə uşaqların gözü önündə yox, gizlicə ağlamağın faydalı olduğunu düşünürəm. Siz əmin olmasanız da, onların hər şeyin düzələcəyinə inanmaları çox mühümdür”. 


Qeyd edək ki, Ancelina ilə Bredin 3-ü doğma, 3-ü isə övladlığa götürülməklə 6 uşağı var. Colinin uşaqlarının himayəçilik hüququnün tamamilə ona məxsus olması üçün məhkəməyə müraciət etdiyi deyilir. Coli ilə Pitt "Mr.and Mrs Smith” filminin çəkilişləri zamanı tanış olmuş, 12 illik münasibətdən sonra ailə qurmuşdular.


BakuPost

“Ayrılıqla barışmaq üçün ev işləri görürdüm” -  Ancelina Cöli
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər