Ru
14:59 / 25 İyun 2017

Aygündən 30 illik hesabat: “Heç bir həmkarım etməyib”

934
Xalq artisti Aygün Kazımova Bodrum istirahətindən qayıdıb.

 

BakuPost.az xəbər verir ki, müğənni İnstaqramın canlı yayımına girib və ona ünvanlanan sualları cavablandırıb.


A.Kazımova sentyabrda "Crystal hall"da baş tutacaq solo konsertindən danışıb:


"Həyatımın konsertinə hazırlaşıram. Bu ayın sonu artıq biletlər satışa çıxacaq. Bircə onu deyə bilərəm ki, Azərbaycanda belə konserti hələ heç bir həmkarım etməyib. Bu ilk də mənim adımla bağlıdır. Bundan sonra kim edərsə, mən ona uğur arzulayaram".


Qeyd edək ki, bu il xalq artisti A.Kazımovanın səhnə fəaliyyətinin 30 illiyi tamam olur. Solo konsert də buna həsr olunacaq. Konsert layihəsi üzərində dünyanın bir çox ölkələrindən, o cümlədən, İtaliya, Portuqaliya, Fransa, İngiltərə, Rusiya, Gürcüstan və Türkiyədən səs rejissoru, xoreoqraf, rejissor, rəqqas, prodüser və digər peşəkar işçi heyəti Bakıya gələcək.


Yaxın günlərdə Aygün Kazımova mətbuat konfransı edərək, media nümayəndələrinin suallarını cavablandıracaq.

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər