Ru
17:09 / 20 Fevral 2018

Aydın Əhmədov Respublika çempionatında medal qazanan idmançılarla görüşdü

3947
Bu gün "Euro Fight” kikboksinq klubunun prezidenti Aydın Əhmədov 16-18 fevral 2018-ci il tarixlərində Azərbaycan Kikboksinq Federasiyasının təşkilatçılığı ilə "Narkomaniya və uşaq cinayətkarlığına qarşı" mübarizə adı altında keçirilən kikboksinq üzrə XXIV Respublika çempionatında medal qazanan idmançılarla görüşüb. 


BakuPost xəbər verir ki, klubun baş məşqçisi, dəfələrlə Dünya və Avropa çempionu olmuş "Ağ Canavar” ləqəbli Eduard Məmmədov yarış haqqında məlumat verərək idmançıların gələcək planlarından bəhs edib. O qeyd edib ki, XXIV Respublika çempionatında doğma komandasının idmançıları 5 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.


Eduard Məmmədov AKF-nin prezidenti, millət vəkili Adil Əliyevə, vitse prezident Güloğlan Cabbarova, klubun prezidenti Aydın Əhmədova onlara göstərdikləri diqqət və qayğıya görə təşəkkürünü bildirib və dünya standartlarına cavab verən avadanlıqlarla təmin olunmuş belə gözəl zalda görüşlərin, o cümlədən idmançıların fiziki hazırlıqlarının, məşqlərinin keçirilməsinə hər cür şərait yaradan Olimpiya Peşəkar Döyüş Klubunun rəhbərliyinə minnətdarlıq ifadə edib. 


"Euro Fight”ın prezidenti Aydın Əhmədov Respublika çempionatında bir neçə ağır döyüş keçərək rəqibləri üzərində qalibiyyət qazanan kikboksçulara daha əzmlə çalışmağı, məşqlərdən yayınmamağı tövsiyə edərək gələcək yarışlarda uğurlar arzu edib. A.Əhmədov diqqətə çatdırıb ki, dünyada baş verən proseslər fonunda cənab Prezident İlham Əliyevin apardığı uğurlu daxili-xarici siyasət nəticəsində ölkəmizdəki sabitlik, inkişaf uşaqların, gənclərin gələcəyə inamını artırır, onları daha böyük işlər görməyə ruhlandırır: "İnanıram ki, bu gün burada iştirak edən çempionlarımız dünyanın ən mötəbər arenalarında himnimizi səsləndirəcək, Azərbaycanımızın adını daha yüksəklərə qaldırmağa müvəffəq olacaqlar”. 


Klubun direktoru Ruslan Quliyev də çempionlardan daha böyük qələbələr gözlədiyini, onlara inandığını söyləyib.


Sonda idmançılara hədiyyə təqdim olunub, xatirə şəkli çəkdirilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər