Ru
11:46 / 29 Aprel 2017

Çayda meyit tapıldı - Traktor sürücüsünün imiş

990
Ağsu rayonunda traktor sürücüsünün meyiti tapılıb.


APA-nın yerli bürosunun xəbərinə görə, Ağsu çayının içərisində daş toplayan fəhlələr orada işləyən traktor sürücüsü, Qaraqaşlı kənd sakini, 1960-cı il təvəllüdlü Allahverdiyev Xudaverdi Qardaşxan oğlunun meyitini tapıblar. Onun cəsədi müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə göndərilib. X.Allahverdiyevin ölümünün səbəbi ekspertizanın rəyindən sonra bilinəcək.


Faktla bağlı araşdırma aparılır.  


Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər