Ru
17:31 / 29 Aprel 2017

Axund qalmaqallı moizəsinə aydınlıq gətirdi - Açıqlama

1833
"Mənim moizə etdiyim videonu sadəcə olaraq, konteksdən çıxarıb ictimailəşdiriblər. Kişinin öz xanımını başqasına verməsi həm dinimizə, həm də milli dəyərlərimizə ziddir. Bunlar bununla şou yaratmaq istəyirlər”.


BakiPost.az xəbər verir ki, bunu  Kanal15.tv-yə açıqlamasında Mingəçevir şəhəri Heydər məscidinin axundu ilahiyyatçı Ələmdar Qiyasov bildirib. İlahiyyatçı qeyd edib ki, tirajlanan bu video sadəcə olaraq tam videonun konteksindən çıxarılıb: "Mən özüm də bu barədə eşitdim. Bayaqdan zəng edib soruşurlar. Biz bilmirik ki, bu videonun konteksindən çıxarıb ictimailəşdirməkdə maraqları nədir. Əslində, bu moizə bir neçə il bundan əvvəlin söhbətidir. Yazılan məlumatlar da hamısı yanlış məlumatlardır”.


İlahiyyatçı deyib ki,  bu, Muhəmməd Peyğəmbərin (s) zamanında olan bir hadisədir: "Məsələ bundan ibarətdir ki, Allah rəsulunun (s) Məkkədən Mədinəyə hicrəti dövründə tarixdə yazılır ki,  o zaman imkansız və çətin durumda olan mühacirlər gələrkən ənsarlar, yəni kömək edən mədinənilər onları yardım etdilər. Orda deyilir ki, yəni, imkanlı ənsar mədinəlilərin hansının ki, bir neçə ailəsi var idi, təlaq verib ailə qura bilməyən mühacirlərlə evlənə bilərdi. Buna görə də, bəzi ənsar mədinəlilər ailələrinə təlaq verirdilər ki, iddə müddəti bitəndən sonra yoxsul mühacirlərlə evlənsinlər”.


İlahiyyatçı həmçinin bildirib ki, həmin moizənin tam videosu sosial şəbəkədə yerləşdirilib: "İndi saytlar da yazıb ictimailəşdirirlər ki, guya, mən demişəm ki, kimin birdən çox arvadı varsa, öz qardaşına onu verməlidir. Bu fikir tamamilə, İslama, məntiqə, ağıla və milli dəyərlərimizə zidd bir məsələdir.  Şişirdib qoyublar ki, bəs, Ələmdar belə deyib. Eyni zamanda, indiyə qədər dilimə və ağlıma gətirmədiyim bir fikri mənima adımdan yazıb ictimaləşdirirlər. Biz "Facebook” sosial şəbəkəsində bu konteksdən çıxarılmış moizənin tam videosunu yerləşdirmişik”.


İlahiyyatçı Ə.Qiyasov İranda təhsil alması məsələsinə də aydınlıq gətirib: "Mən indiyə qədər İranda təhsil almamışam. Bakı İslam Universitetinin (BİU) məzunuyam”.


Qeyd edək ki, bu gün mətbuatda ilahiyyatçı Ə.Qiyasovun adından xəbər yayılmışdı. Xəbərdə deyilirdi ki, Ə.Qiyasovun sözlərinə görə, kimin artıq həyat yoldaşı varsa, başqa dostuna, qardaşına verə bilər.


Xatırladaq ki, həmin moizə 2015-ci ilin dekbarın 18-də lentə alınıb. Sözü gedən moizənin tam videosuna baxa bilərsiniz:

 

Bakı Post



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər