Ru
10:10 / 24 May 2018

Axtarışda olan 30 nəfər saxlanıldı

2462
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 100 cinayət faktı qeydə alınıb, onların da 35-i "isti izlər”lə açılıb.


BakuPost-a DİN Mətbuat Xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 30, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3, borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.


Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər