Ru
20:16 / 23 İyun 2017

Axtarışda olan 29 nəfər həbs edildi

508
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 88 cinayət faktı qeydə alınıb, onların da 29-u "isti izlər”lə açılıb.


BakuPost.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 29 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.


Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.


Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.


Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər