Ru
15:32 / 22 Yanvar 2018

“Avtoş”luq edən sürücü saxlanıldı - VİDEO

2257
Bakıda avtoxuliqanlıq edən sürücüyə 30 sutka həbs cəzası verilib.


BakuPost xəbər verir ki, bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai Əlaqələr Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.


V.Əsədov bildirib ki, Bakı şəhərinin mərkəzi küçələrində 1985-cil təvəlüdlü Ramin Ağayev idarə etdiyi "Naz Lifan" markalı avtomobillə bir neçə küçə və prospektlərdə xidmət aparan Yol Patrul Xidmətinin (YPX) əməkdaşlarının verdiyi "Saxla!" əmrinə tabe olmayıb: "Əmrə tabe olmayan sürücünün idarə etdiyi avtomobili iki YPX ekipajı təqib edib. Avtomobil "tələ əməliyyatı" ilə Nobel prospektində saxlanılıb. Avtomobil saxlanıldıqdan sonra sürücü qaçmağa cəhd göstərsə də, YPX əməkdaşlarının sayıqlığı nəticəsində tutularaq məhkəmə orqanlarına təhvil verilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə sürücüyə 30 sutkalıq həbs cəzası verilib". 


V.Əsədov əlavə edib ki, Ramin Ağayev sürücülük vəsiqəsi olmadan avtomobili idarə edib. 


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər