Ru
19:13 / 20 Sentyabr 2017

Avropa Liqasının final matçı Bakıda keçiriləcək

785
2018-2019 mövsümündə futbol üzrə Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək.

 

"Report"un "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin iclasında qəbul olunub.


Çempionlar Liqasının final görüşü isə İspaniyanın Madrid şəhərində yerləşən "Metropolitano" stadionunda baş tutacaq. 


UEFA prezidenti Aleksander Çeferin rəsmi qərarı saat 19:30-da keçirəcəyi mətbuat konfransında açıqlayacaq.


Qeyd edək ki, təməli 2011-ci il iyunun 6-da qoyulmuş BOS-un açılış mərasimi 2015-ci il martın 6-da keçirilib. UEFA-ya göndərilmiş sifariş ərizəsində stadionun tamaşaçı tutumu 70 055 nəfər göstərilib. 

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər