Ru
16:40 / 16 Mart 2018

Çempionlar Liqasında 1/4 final mərhələsinin cütləri

3957

İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

 

BakuPost xəbər verir ki, mərasimdə püşkü Ukrayna milli komandasının baş məşqçisi Andrey Şevçenko çəkib. Goal.az xəbər verir ki, cütlərin tərkibi kor püşk nəticəsində müəyyənləşib. Belə ki, püşkatma zamanı komandaların səpələnmiş və ya səpələnməmiş səbətinə bölünməsi və ya eyni ölkə komandalarının bir-biri ilə düşməməsi qaydası olmayıb.


Çempionlar Liqası, 1/4 final cütləri


"Barcelona" (İspaniya) - "Roma" (İtaliya)


"Sevilla" (İspaniya) - "Bayern Munchen" (Almaniya)


"Juventus" (İtaliya) - "Real Madrid" (İspaniya)


"Liverpool" (İngiltərə) - "Manchester City" (İngiltərə)


İlk oyunlar 3-4 aprel, cavab qarşılaşmaları isə 10-11 apreldə olacaq. İlk qarşılaşmalar adları birinci göstərilən komandaların meydanlarında keçiriləcək.

 
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər