Ru
10:54 / 15 Oktyabr 2018

“Avqust İşığı”

3846
Qanun Nəşrlər Evində 3 yeni kitab işıq üzü görüb.

 


BakuPost bu kitabların siyahısını təqdim edir:


Sözün Allahı sayılan Folknerdən yepyeni bir nəşr!


Avqust İşığı – Uilyam Folkner

Картинки по запросу Avqust İşığı – Uilyam Folkner


Uilyam Folknerin ən çox sevilən və oxunulan romanlarından biri olan "Avqust İşığı”  böyük Amerikan yazarının yaradıcılığının ən güclü dövrünün məhsuludur. Lena Qruvun hələ doğulmayan uşağına qətiyyətlə ata axtarmağı, bu zəngin və insanın içini ümidlə dolduran hekayədə ölümlə necə əzmlə üz-üzə dayanmağın mümkün olduğunu bizə göstərir. Bu əsərdə biz həmçinin Folknerin ən unudulmaz qəhrəmanları ilə tanış oluruq: Qeyl Haytauer və Co Kristmas. "Avqust İşığında” bu qəhrəmanların hekayələrini çox güclü formada etdiyi girişlərlə Folkner Şimal haqqındakı təsəvvürlərini əks etdirib və bununla da öz heyranedici  möhtəşəmliyi ilə ədəbiyyatın ən gözəl nümunələrindən birini yaradıb. C.E Morqanın yazdığı yeni ön söz ilə bu nəşr 1985 ci ildə Folkner yaradıcılığı üzrə ekspert Noel Polk tərəfindən korrektə olunaraq yenidən çap olunmuşdur.

 

Tərcüməçi: Tehran Vəliyev


İki yeni kitabla "Dünya Uşaq Ədəbiyyatı” seriyamıza davam!


Mauqli – Reydard Kiplinq


 ÐšÐ°Ñ€Ñ‚инки по запросу Mauqli – Redyard Kiplinq qanun


Canavar ailəsi cəngəlliyə düşmüş balaca Mauqlini qəddar Şirxa­nın əlindən xilas edib böyütməyə başladı. Oğlan çox cəsarətli idi, həmişə canavarların balaları ilə oynayırdı. Bir gün Şirxan onu gör­məyə gəlib: "Bu mənim ovumdur!” – dedi və hər şey də elə bundan sonra başladı...

Mauqli cəngəllikdə bir-birindən təhlükəli macəralarla üzləşirdi: gah meymunlar onu əsir götürürdü, gah vəhşi it­lərlə döyüşməli olur­du, amma onun ən əsas düşməni Şirxan idi.


Oğlan sadiq dostları – məzəli Balu, müdrik Ka və tədbirli Bahi­rənin, özünə ailə hesab etdiyi canavar dəstəsinin kö­məyilə bütün çətinlikləri dəf edirdi.


Tərcüməçi: Mustafa Əfənfiyev


Polianna – Elinor Porter


 ÐšÐ°Ñ€Ñ‚инки по запросу Поллианна – Элинор Портер qanun


Bu məşhur kitab maraqlı qız olan Polliannanın həyat hekayəsinin davamıdır. Pozitiv düşüncə tərzinə malik olan qız ətrafındakı bütün insanlara xoşbəxtlik bəxş edir. Lakin həyatında elə bir məqam yetişir ki, Pollianna rastlaşdığı çətinliklərin öhdəsindən öz sehrli oyunu ilə gələ bilmir. Bunun üçün onun yetərincə təcrübəsi yoxdur. Belə məqamda isə həyatın özü ona kömək etməyə başlayır. 


Tərcüməçi: Reyhan Əhmədova





Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər