ATV-nin efirində biabırçılıq - Gənci ələ saldılar/ VİDEO

"İdeya Qazandı" verilişinə qatılan gənc öz layihəsini təqdim etməyə çalışıb.

Azxeber.com xəbər verir ki, Kənd təsərrüfatı sahəsinə aid layihəsi ilə münsiflərin diqqətini cəlb etməyə çalışan gəncin ideyası onların gülüşünə səbəb olub. Onlardan biri layihə haqqında məlumat yazılan vərəqi yerə atıb, digərləri isə özlərini gülməkdən saxlaya bilməyiblər. 

Münsiflərin gülüşünün ən böyük səbəbi layihə təqdimatçısının danışığındakı qüsurlar olub. Belə ki, o layihəsi haqqında məlumat verərkən çətinlik çəkib. Bundan başqa onun təqdim etdiyi layihə münsiflər tərəfindən tamamilə mənasız hesab olunub. Nə edəcəyini bilməyən iştirakçı, onu lağa qoyan münsiflərin verdiyi sualları cavablandırmaq məcburiyyətində qalıb. 

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Paşa Bank ASC və Youth İNC proqramı tərəfindən dəstəklənən "İdeya Qazandı" verilişi ATV-nin efirində yayımlanır. Layihənin məqsədi 16-35 yaş arası gənclərin ideyalarına dəstək olmaqdır.
 
Azxeber
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

24 İyun 2017
Bütün xəbərlər
Bütün xəbərlər