Ru
17:58 / 24 Mart 2018

Atəşkəs 106 dəfə pozuldu

1640


Ermənistan
silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində
atəşkəs rejimini 106 dəfə pozub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən BakuPost.az-a verilən məlumata görə, Ermənistan
Respublikası Noyemberyan rayonunun Barekamavan, Voskevan kəndlərində və adsız
yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım kəndlərində və adsız
yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz
rayonunun Koxanəbi və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

 

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımca, Ağdam
rayonunun  Şuraabad, Tağıbəyli, Baş Qərvənd, Cəvahirli,
Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun
Qərvənd, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər,
Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında,
həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri
atəşə tutulub.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər