Ru
15:18 / 23 Aprel 2018

“Atena”da kütləvi ixtisar: 250 nəfər işdən qovuldu - ETİRAZ/ VİDEO

4575
Azərbaycanda iri süd və süd məhsulları istehsalçısı olan "Atena” şirkəti kütləvi ixtisarlara başlayıb.


BakuPost xəbər verir ki, artıq 250-dən çox işçi şirkətdəki işindən azad olunub. İşlərindən olan şəxslər şirkətin Ağcabədi rayon ərazisində yerləşən ofisi qarşısına toplaşaraq etirazlara başlayıblar. Onlar iddia edir ki, işdən azad olunmlarına səbəb səhmdarlar arasında yaranan problemdir və zərərçəkənlər buna hüquqi qiymət verilməsini tələb edir. 


Zavodun baş laborantı Qəmizə Cabbarova mühafizəçinin onu zavoda buraxmadığını deyib: "Mən buranın işçisiyəm, mühafizəçi məni zavoda buraxmır. Bir problemim yoxdur, ərizə yazmamışam, işdən çıxmamışam, amma məni işə buraxmırlar”.


Zavodun digər işçisi Ülviyyə İsrafilova isə aldadıldıqlarını iddia edir: "Xahiş edirik ki, bu işə nəzər yetirsinlər, dondursunlar. Biz işimizə davam edək. Bizi aldatdılar, iclas başqa olmalıydı, amma bizə elan elədilər ki, siz Avroraya keçirsiniz”.


Zavodda şöbə müdiri olan Emil Qədirov onlardan ərizə yazmalarını istədiklərini deyir: "Dünən mənə zəng edib deyiblər ki, işdən azadsan. Əlavə olaraq həm də iki laboranta deyilib ki, birinci gün gəlin ərizənizi yazın”.


2 saat davam edən aksiyadan sonra tərəflər arasında razılığa gəlinib. İşsiz qalan işçilərə 24 saat ərzində cavab veriləcəyi bildirilib.




Məlumat üçün bildirək ki, "Atena” şirkətində yaranan problemlər bir müddətdir ki, müzakirə olunur. Məlumatlarda qeyd olunur ki, "Atena” şirkəti ləğv edilərək əmlakı distribyutorluq ilə məşğul olan "Avrora” şirkətinə satılacaq. "Atena” şirkətinin satış müdiri Rəfail Rəsulov mətbuata açıqlamasında deyib ki, bir neçə il öncə, Fazil Məmmədov vergilər naziri olan dövrdə nazirlikdə departament direktorunun müavini vəzifəsində çalışmış İsrafil Qasımov adlı şəxs "Atena” şirkətinə şərik edilib. Bir neçə gün öncə isə İsrafil Qasımov "Atena” şirkətini "Avrora” şirkətinə satmağa qərar verdiyini və "Atena”nın bütün əməkdaşlarının işdən azad ediləcəyini bildirib. R. Rəsulovun sözlərinə görə, İsrafil Qasımovun göndərdiyi adamlar basqın edərək "Atena” şirkətinin Bakıdakı və Ağcabədidəki ofislərini tutublar.

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər