Ru
22:17 / 19 İyul 2017

Astarada ilanlar evlərə hücum çəkir - Sakinlər təşvişdə/VİDEO

1239
Astaranın Şiyəkəran kəndində Ərəstun İmanova məxsus yaşayış evi son günlər ilanların hücumuna məruz qalır. 


BakuPost.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, ev sakinləri bildirir ki, havaların isti keçməsi ilə ilanlar daha da aktivləşib. 


Artıq bir neçəsini öldürsələr də, ilanlardan yaxa qurtarmaq mümkün olmayıb.


Sakinlər deyir ki, qonşudakı evdə heç kim yaşamır. Sözügedən evdə bir neçə ildir yaşayış olmadığından həmin həyətdə bir neçə növ ilanın məskən saldığı ehtimal edilir. 


Hadisə ilə bağlı aidiyyəti qurumlara hələlik müraciət olunmayıb.

 

BakuPost




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər