Ru
16:55 / 18 Yanvar 2017

Astarada dəhşətli qəzanın görüntüləri - FOTOLAR

1043
Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.


"Report" rayonun Kijəbə qəsəbəsində bir nəfərin ölümü, dörd nəfərin isə yaralanması ilə nəticələnən yol qəzasının görüntülərini təqdim edir.

Xatırladaq ki, "VAZ-21011" markalı avtomobil yoldan çıxaraq beton maneəyə çırpılıb.


Hadisə nəticəsində bir nəfər - 1988-ci il təvəllüdlü Yusif Mirəli oğlu Məmmədov aldığı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında (RMX) yerləşdirilib. Xəstəxanada əməliyyat olunan Y.Məmmədov orada ölüb.


Hadisə zamanı xəsarət alan 2014-cü il təvəllüdlü Afət Eldost qızı İbrahimli Astara Rayon Mərkəzi Xəstəxanasında (RMX) kliniki ölüm keçirsə də həkimlərin səyi nəticəsində sağ qalıb. O, sonradan Lənkəran RMX-nın Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır olaraq qalır.


Digər yaralılar - 1990-cı il təvəllüdlü Bəylər Amid oğlu İbrahimov, 1992-ci il təvəllüdlü Eldost Amid oğlu İbrahimov, 1992-ci il təvəllüdlü Nahidə Tahir qızı Sultanova Astara RMX-a yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.

  Bakı Post
Astarada dəhşətli qəzanın görüntüləri -  FOTOLAR
Astarada dəhşətli qəzanın görüntüləri -  FOTOLAR
Astarada dəhşətli qəzanın görüntüləri -  FOTOLAR
Astarada dəhşətli qəzanın görüntüləri -  FOTOLAR
Astarada dəhşətli qəzanın görüntüləri -  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər