Ağstafada canavarlar kəndə hücüm etdi

Ağstafada canavarlar kəndə hücum edib.
 
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Xəlfəli kəndində baş verib.
 
Gecə saatlarında kəndə daxil olan yırtıcılar kənd sakini Camal Vəliyevə məxsus 30 baş xırdabuynuzlu heyvanı parçalayıb. Səhər yuxudan oyanan kənd sakini qoyunları yerə sərilmiş halda görüb.
 
Camal Vəliyevin dediyinə görə, qoyunlardan 15-i ölüb, 14-nü isə yırtıcılar yaralayıb. Təkcə bir qoyun canavarların dişindən yayına bilib. Kəndlilər deyir ki, əvvəllər də canavarlar kəndə hücum çəkiblər, at və eşşəkləri parçalayıblar. Ancaq mal-qaraya birinci dəfədir zərər verirlər. Kənd sakinləri tələf olan heyvanları götürərək kənddən uzaq ərazidə torpağa basdırıblar.
 
 
BakuPost
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994502060266

XƏBƏR LENTİ

22 İyul 2017
Bütün xəbərlər
Bütün xəbərlər