Ru
16:41 / 22 Yanvar 2018

AŞPA-nın yeni vitse-prezidenti yenə Səməd Seyidov oldu

1267
Səməd Seyidov yenidən Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) vitse-prezidenti seçilib.


BakuPost xəbər verir ki, bu barədə AŞ PA-nın saytında məlumat yerləşdirilib.


Bildirilir ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri S.Seyidov qurumun vitse-prezidenti seçilib.


AŞ PA-nın vitse-prezidenti vəzifəsinə seçki qurumun qış sessiyasının ilk plenar iclasında keçirilib.


S.Seyidovdan başqa, Verner Amon (Avstriya), Volodimir Ariyev (Ukrayna), Vlodzimierz Bernaski (Polşa), Lyuboş Blaha (Slovakiya), Roza Byork Brinyolfsdottir (İslandiya), Titus Korlatean (Rumıniya), Rocer Qeyl (Böyük Britaniya), Conas Qunnarsson (İsveç), Alfred Heer (İsveçrə), Akif Çagatay Kılıç (Türkiyə), Stella Kiriakides (Kipr), Ana Katarina Mendes (Portuqaliya), Marianne Mikko (Estoniya), Andreas Nik (Almaniya), Co Oreilli (İrlandiya), Mariya Obradoviç (Serbiya) və Nikol Tris (Fransa) də AŞ PA-nın vitse-prezidentləri seçiliblər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər