Ru
16:26 / 23 May 2018

Arzu Əliyeva AXC ilə bağlı film çəkdi - Giriş pulsuzdur/ VİDEO

4531
Bakı Media Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi "Son iclas” bədii-sənədli filmi 3 gün ödənişsiz nümayiş olunacaq.


 

BakuPost xəbər verir ki, filmin təqdimat mərasimi 25 may tarixində Heydər Əliyev Mərkəzində qapalı şəkildə keçiriləcək. Daha sonra isə 26, 27 və 28 may tarixlərində CinemaPlus kinoteatrlar şəbəkəsində 3 gün ödənişsiz xalqa təqdim olunacaq.


Filmdə Məhəmməd Əmin Rəsulzadənin cümhuriyyət dövründəki obrazını aktyor Elnur Hüseynov, yaşlı dövrünü isə onun nəvəsi Rəis Rəsulzadə canlandırıb.


Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi və BP Azərbaycan şirkətinin sponsorluğu ilə hazırlanmış filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır.



Arzu Əliyeva AXC ilə bağlı film çəkdi -  Giriş pulsuzdur/ VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər