Ru
21:41 / 20 Sentyabr 2017

Arvadı və qayınanasını bıçaqladı

1181
Daşkəsəndə bıçaqlanma olub.

 

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Bayan kəndində qeydə alınıb.

 

Kənd sakini, Cəfərova Şücayət və onun qızı 1994-cü il təvəllüdlü Cəfərova Əfsanə bıçaq yaraları ilə xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib.

 

Vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, münaqişə zəminində kənd sakini qayınanası Ş. Cəfərovanı və onun qızı Ə. Cəfərovanı bıçaqlayıb.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər