Ru
09:45 / 17 İyun 2018

Arazdan meyit çıxarıldı

1620
İyunun 16-da Araz çayının İmişli rayonunun Göbəktala kəndi ərazisindən keçən hissəsində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 180 km aralı, nəzarətsiz ərazidə) batdığı ehtimal olunan 1983-cü il təvəllüdlü İmanov Nizaməddin Kamal oğlunun axtarışları başa çatıb.


BakuPost-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,  N.İmanovun cəsədi Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər