Ru
13:28 / 22 Yanvar 2018

“Ağamalı özünü baron Münhauzen kimi aparır”/ Araz Əlizadə Araz Əlizadə qardaşının müdafiəsinə qalxdı:

4579
Deputat Araz Əlizadə qardaşı Zərdüşt Əlizadə ilə millət vəkili Fəzail Ağamalı arasındakı qalmaqala münasibət bildirib.


A.Əlizadə BakuPost-a açıqlamasında deputat həmkarını yalançılıqda suçlayıb: "Fəzail Ağamalı mənim deputat həmkarımdır, lakin o özünü hərdən baron Münhauzen kimi aparır, nağıl danışır”.


"Yəni demək istəyirsiniz ki, Xudu Məmmədovun ölümündə Zərdüş Əlizadənin günahı olmayıb” sualına isə o, "əlbəttə olmayıb” deyə cavab verib.


Məlumat üçün bildirək ki, Karl Fridrix İeronim fon Münhauzen almaniyalı barondur. O, 1700-cü illərdə yaşayıb və hekayə danışan bədii personaj kimi tarixə düşüb. Münhaüzen sözü maraqlı, qeyri-adi nağıllar danışan adam mənasında işlədilir.


Onu da bildirək ki, deputat Fəzail Ağamalı politoloq Zərdüşt Əlizadəni Xudu Məmmədovu öldürməkdə ittiham edib. O bildirib ki, Z. Əlizadə X. Məmmədovu əsəbiləşdirib, buna görə də o, infark keçirib ölüb. Z. Əlizadə isə F. Ağamalını təxribatçı adlandırıb.

 

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər