Ru
20:07 / 28 Aprel 2017

Aptekdə qadının pulunu oğurlayan şəxs kameraya düşdü - VİDEO

1005
Sumqayıt Şəhər Polis İdarəsi 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki apteklərdən birində vətəndaşa məxsus içərisində 405 manat pul olan çantanı oğurlamaqda şübhəli bilinən şəhər sakini Azər Səfərov tutulub.


BakiPost.az ARB TV-yə istinadən xəbər verir ki, Azər Səfərovun oğurluq etməsi aptekdə quraşdırılan təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.


Həmin kamera görüntülərində saxlanılan şəxsin xanımın pul çantasını necə oğurlaması öz əksini tapıb. Səfərov ifadəsi zamanı oğurluq etdiyini və çantada olan pulu götürəndən sonra şübhə yaranmasın deyə onu geri gətirib qoyduğunu etiraf edib.


Azər Səfərov – Saxlanılan şəxs: "Sahibinin başı qarışıq idi. Pulqabısını götürdüm. İçində 400 manat pulu götürüb, pulqabını yenidən yerinə qoydum”.


Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Bakı Post








 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər