Ru
14:16 / 23 Yanvar 2017

Aptekdə psixotrop dərman satanlar tutuldu

2103
Sumqayıtda aptekdə psixotrop maddələr satan şəxslər saxlanılıblar.


Daxili İşlər Nazirliyindən BakiPost.az-a verilən məlumata görə, Sumqayıt polisinin həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki apteklərdən birində satıcı işləyən Şirxan Əliyev və Rəcəb Qasımov satışına məhdudiyyət qoyulmuş psixotrop dərmanların satışı ilə məşğul olduqlarına görə saxlanılıblar.

Aptekə baxış zamanı 7030 ədəd "Tramadol", 250 ədəd "Tropi" və 275 ədəd "Paden" psixotrop dərmanlar aşkar edilərək götürülüb.

 

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər