Ru
15:55 / 22 İyun 2017

Bank aprel şəhidini məhkəməyə verdi - Ailəsinin evi əllərindən alınır

3492

"Para” BOKT ASC Aprel şəhidi Xaliq Əzizadənin ailəsini
kredit borcuna görə məhkəməyə verib.

BakuPost.az xəbər verir ki, bu barədə məlumatı millət
vəkili Qənirə Paşayeva sosial şəbəkədə paylaşıb.

Deputat bildirib ki, Xətai rayon məhkəməsində
qaldırılan iddia əsasında şəhid cavabdeh qismində məhkəməyə çağırılıb:
"Bir
saatdır, şəhid anasının həyacandan, əsəbdən, üzüntüdən gözyaşları dayanmır.
Çünki o şəhid övladının bir müddət əvvəl fəaliyyətdə olan "Para Bank”dan
götürdüyü pul üzündən məhkəməyə verilib və yaşadığı evi itirmək üzrədir.
Doğrudanmı bankın Xaliq Əzizzadənin şəhid olması barədə xəbəri yoxdur ki, onu
cavabdeh qismində məhkəməyə çağırtdırır? Bunun bir ana üçün nə qədər böyük bir
ağrı olduğunun fərqində olmaq bu qədərmi çətindir?”


Q. Paşayeva bank rəhbərliyinə müraciət də edib: "Sizə
yaraşan bu şəhid ailəsini qəbul edib, problemin həlli istiqamətində addımlar
atmaqdır. Şəhid anasının da söylədiyi kimi doğurdanmı şəhidimizin Vətənimiz
üçün, bizim üçün axıtdığı qanın o pul qədər dəyəri yoxdur? Məncə siz də belə
düşünürsünüz ki, var. Məncə siz də düşünürsünüz ki şəhid anası və atası banka
borc üzündən (o borcun hansı oyunlarla böyüdüyünü qəbul etsəniz şəhidimizin
anası və atası sizə geniş izah edər. Təbii siz keçmişdə törədilmiş bu işlərdə
cavabdeh deyilsiniz amma bu ailə də qurban olmamaldır) evsiz qalmamalıdır. Hara
gedəcək bu ağsaçlı ana və ağsaqqal ata? Onlar Ermənistandan qaçqın düşmüş insan
kimi bir dəfə evlərini itiriblər və illərlə zəhmətdən sonra aldıqları bu evdən
başqa da nə evləri, nə də gedə biləcəkləri bir yer var. Ölkəmizin 1-ci Vitse-prezidenti
hörmətli Mehriban xanım Əliyevanın bu ailələrlə görüşündə dediyi sözlər, önəmli
mesajlar hamımızın yaxşı yadımızdadır. Bu ailələrə hər bir çətinlikdə yardım
olmalıyıq”.


Qeyd edək ki, Xaliq Əzizzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı şəhid olub.


O, ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.


BakuPost

Bank aprel şəhidini məhkəməyə verdi -  Ailəsinin evi əllərindən alınır
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər