Aprel döyüşlərinə həsr edilmiş yarış keçirildi - FOTOLAR

Bakı Əl Oyunları İdman Sarayında aprel döyüşlərində qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərin xatirəsinə həsr edilmiş beynəlxalq cüdo turnirinin açılış mərasimi keçirilib.

BakiPost.az  xəbər verir ki, "Raquf Orucov Kuboku” adlı turnirdə 101 idmançı (82 oğlan, 19 qız) iştirak edib, beynəlxalq turnirdə 12 komanda qalib adı uğrunda mübarizə aparıb.

"Aran-Qarabağ”, "Gəncə”, "Judo 2012”, "Masallı”, "Neftçi İdman Klubu” İB, "Qəbələ”, "Sumqayıt”, "Şimal Qərb” zonası, Bakı UGİM-11, İOEUGİM-13 klubları ilə yanaşı Rusiya və Gürcüstan millisi də mötəbər turnirin iştirakçısı olub.

Yarış öncəsi açılış mərasimi keçirilib. Mərasimdə Olimpiya və dünya çempionu Fərid Mansurov, Cüdo Federasiyasının İdarə Heyətinin üzvü Ağayar Axundzadə, Gənclər və idman komitəsinin sədri deputat Fuad Muradov, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev çıxış edib.

Yarışlarda "Neftçi İdman Klubu” və Rusiya yığması 3-cü olub. Həlledici görüşündə isə Gürcüstan millisi ilə "Judo 2012” komandası qarşılaşıb. Gürcüstan millisi rəqibinə qalib gələrək aprel döyüşlərinə həsr edilmiş cüdo üzrə beynəlxalq komanda yarışının qalibi olub.

Bakı Post









Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

16 Oktyabr 2017
Bütün xəbərlər
Bütün xəbərlər