Ru
14:37 / 25 İyun 2017

Anton "Qarabağ"a niyə keçdi?

810
Ukraynanın "Şaxtyor" klubunun sabiq qapıçısı Anton Kanibolotskinin "Qarabağ"a keçmə səbəbi müəyyənləşib.


BakuPost.az qol.az-a istinadən xəbər verir ki, bu barədə 29 yaşlı qolkiperin meneceri Vadim Şablin öz "İnstagram" səhifəsində yazıb.


O bildirib ki, Kanibolotski "Şaxtyor"da Andrey Pyatovun əvəzedicisi statusu ilə kifayətlənməməyi qərara alıb və karyerasında çox maraqlı çağırışı qəbul edib: "Şübhə etmirəm ki, Anton Azərbaycanın ən güclü klublarından birində sabit oyun praktikası, habelə, Çempionlar Liqasının qrup mərhələsinə düşmək imkanı qazanacaq".


Qeyd edək ki, Anton Kanibolotski 2012-ci ilin yayında "Şaxtyor"a keçib. O, ötən mövsüm Donetsk komandasının üçüncü qapıçısı kimi Ukrayna çempionatının cəmi 1 oyununa çıxıb.  

BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər