“Ankarada “Milliyyətçi hərəkat rüzgarı” əsirdi” - Sabir Rüstəmxanlı MHP-nin qurultayında/ FOTOLAR

1787
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı Milliyətçi Hərəkat Partiyasının Ankarada keçirilən qurultayında iştirak edib.

BakuPost xəbər verir ki, siyasətçi qurultayla bağlı fikirlərini sosial şəbəkədə bölüşüb. O, Ankarada Milliyyətçi hərəkat rüzgarı əsdiyini deyib: "Bu gün Ankarada MHP- nin 12- ci olagan( növbəti) böyük qurultayında iştirak etdim. Türk ellərindən gəlmiş köhnə dost- tanışla görüşmək imkanına sevindim. Ankara-arena və ətrafı Türkiyənin yaxın-uzaq ellərindən gələnlərə dolu idi. Ankarada bir Milliyyətçi hərəkat rüzgarı əsirdi. Azərbaycanı Türkiyədəki səfirliyimizin əməkdaşları və mən təmsil edirdik. MHP Gənəl Başkanı Dövlət bəy Baxçalı son illərdə Türkiyənin üzləşdiyi faciəli olayları, Türkiyəni qamarğaya almağa çalışan güclər önündə türk millətinin qəhrəman mübarizəsini və MHP- nin Milli Duruşunu sərgiləyən parlaq bir nitq söylədi. Milli duruş, şəhidlərə vəfa, vətənin əbədiliyi qurultayın əsas şüarı idi. Çanaqqala zəfərinin dəfələrlə xatırlandığı bu möhtəşəm qurultaya son nöqtəni qəhrəman Türk Silahlı Qüvvələrinin Afrin şəhər mərkəzinə girməsi xəbəri qoydu. Əks- sədası bir ağızdan gəldi: " Nə mutlu türküm deyənə!..."

Sabir Rustemxanli adlı şəxsin şəkli.
Sabir Rustemxanli adlı şəxsin şəkli.
ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər