Ru
16:27 / 23 Sentyabr 2017

Anarın dünya çempionunu öldürdüyü anın yeni görüntüsü - VİDEO

1113
Rusiyanın Xabarovsk şəhərində azərbacyanlı Anar Allahverənovun ağırlıqqaldırma üzrə Rusiya və dünya çempionu Andrey Draçevi döyərək öldürməsinin yeni görüntüləri yayılıb.


BakuPost.az Baku.ws-ə istinadən xəbər verir ki, yeni yayılan videoda davadan əvvəlki və sonrakı hadisələri görmük ölür.


Xatırladaq ki, bu il avqustun 20-də kiqboksinq idman növü ilə məşğul olan azərbaycanlı Xabarovskdakı kafelərdən birinin qarşısında Draçevlə mübahisə edib və onu başından zərbə vuraraq yerə sərib. Daha sonra çempionun başına və sifətinə güclü zərbələr endirərək onu öldürüb. Bu qətl Rusiyada geniş rezonansa səbəb olub.


Allahverənovun barəsində beynəlxalq axtarış elan edilmişdi. O, bir neçə gün öncə Federal Təhlükəsizlik Xidmətinin Xabarovsk vilayət idarəsinə könüllü təslim olub.





BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər