Ru
10:31 / 27 Mart 2017

Anar Məmmədovun əmlakına həbs qoyulub? - Atasından açıqlama

2647
Sabiq nəqliyyat naziri Ziya Məmmədov oğlu Anar Məmmədovun əmlakına məhkəmə qərarı ilə həbs qoyulması ilə bağlı məsələdən danışıb.


O, gununsesi.info-ya bildirib ki, informasiyadan xəbərsizdir: "Mən bilmirəm söhbət nədən gedir. Oğlumun fəaliyyəti, daha doğrusu işləri ilə məşğul olmuram. Ona görə də mən bu sualı cavablandıra bilməyəcəm”.


Xatırladaq ki, Anar Məmmədovun Bakıdakı bir neçə daşınmaz əmlakının üzərinə həbs qoyulması ilə bağlı informasiya yayılıb. Bu qərar "Paşa Bank” ASC-nin iddiası əsasında Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən bu ilin yanvarında çıxarılıb və orada deyilir ki, cavabdeh tərəf heç bir səbəb göstərmədən apelyasiya şikayətindən imtina edib.

 

Bakı Post
Anar Məmmədovun əmlakına həbs qoyulub? -  Atasından açıqlama
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər