Ru
13:34 / 21 Sentyabr 2018

Amerika büdcəsindən yüz milyonlarla dollar mənimsəyən ERMƏNİ MAFİOZ YEREVANDA

2104
Amerikadakı erməni mafiyasının lideri, "Pzo” ləqəbli "vor zakon” Armen Kazaryan Yerevana gəlib.


BakuPost Virtualaz.org-a istinadən xəbər verir ki, 54 yaşlı "Pzo” ABŞ-dan xüsusi reyslə "Zvartnots” aeroportuna gəlib, onu dostları və yaxınları qarsalayıblar.

 

"Pzo”nun hansı məqsədlə Ermənistana gəldiyi bəlli deyil.


Armen Kazaryan 1964-cü ildə Yerevanda anadan olub. Gənc yaşlarından yerli kriminal qruplaşmanın lideri kimi məşhurlaşıb. Onu 1991-ci ildə Rostovda "vor zakon titulu veriblər. 1996-cı ildə Kazaryan ABŞ-a köçüb və burada federal büdcədən yüz milyonlarla dolların mənimsənilməsinə gətirib çıxaran mürəkkəb dələduzluq sxemini qurub.

 

 


Yaşı 65-dən yuxarı olan amerikalıların könüllü tibbi sığortası proqramı "Medicare” Kazaryanın bu sxeminin nəticəsində azı 163 milyon dollar itirib. Daha 50 milyon dollar isə fiziki imkanları məhdud şəxslərə maliyyə yardımını nəzərdə tutan "Medicaid” proqramından oğurlanıb. Oğurlanan pulların bir hissəsi "Ded Xasan”ın (hazırda sağ deyil) klanının "obşak”ına daxil olub. "Pzo” özü də "Ded Xasan”ın tərəfdarı idi.


Federal Təhqiqatlar Bürosu illərlə davam edən təqiblərdən sonra nəhayət "Pzo”nun mafiyasını çökdürə bilib. Bu iş üzrə cəmi 78 nəfərə ittiham elan olunub. Kazaryanı bir neçə ittiham üzrə ömürlük həbs gözləyirdi, amma o istintaqla sövdələşməyə gedib və təkcə bir ittihamı-reketliyi qəbul edib. 2013-cü ildə "Pzo”nu bu ittihamla Nyu-York Cənub dairəsi məhkəməsi 37 ay həbsə məhkum etmişdi, habelə əmlakını, o cümlədən Kaliforniyadakı 600 min dollarlıq evini müsadirə etmişdi. Həmin ilin sentyabrında "Pzo”nun istintaq altında saxlanıldığı ayları da nəzərə alaraq həbsdən azad ediblər. Bu zaman "vor zakon” Ermənistana ekstradisiyadan uğurla yayına bilib. Məlum olub ki, o Amerikada yaşamaq üçün "qrin-kartı” Azərbaycandan olan qaçqın kimi alıb və nəticədə Ermənistana deportasiya oluna bilməz.
Amerika büdcəsindən yüz milyonlarla dollar mənimsəyən   ERMƏNİ MAFİOZ YEREVANDA
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər