Ru
12:32 / 19 İyul 2018

“Altes Plaza”da YANĞIN - YENİLƏNİB

6113

Bu gün Yasamal rayonu İsmayıl bəy Qurtqaşınlı küçəsində yerləşən "Altes Plaza" yaşayış və biznes mərkəzində baş vermiş yanğın söndürülüb.

 

BakuPost-un məlumatına görə, Yasamal rayon Dövlət Yanğından Mühafizə İdarəsindən Lent.az-a bildirilib ki, yanğın binanın 3-cü mərtəbəsində yerləşən restoranın şaxtasında baş verib. Şaxtaya toplanmış tullantıların alovlanması nəticəsində binanın damından qatı tüstü çıxıb və insanlar oradan təxliyyə edilib.


Artıq yanğın tam söndürülüb.
***

Bu gün saat 10 radələrində Yasamal rayonu İ.Qurtqaşınlı küçəsində yerləşən "Altes Plaza" yaşayış və biznes mərkəzində yanğın başlayıb. 


BakuPost Lent.az-a istinadən xəbər verir ki, hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.


Binanın damından tüstü qalxıb, lakin açıq alov müşahidə edilmir. Hazırda yanğın yerinin müəyyənləşdirilməsi və söndürülməsi istiqamətində iş aparılır.


Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər