Ru
19:55 / 22 Yanvar 2018

Alpinistlərin axtarışından yeni FOTOLAR

1449
Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahı məlumat yayıb.


BakuPost Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.


Axtarış işləri əsasən Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstələr tərəfindən aparılır. Dünəndən etibarən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqlarla təhciz edilmiş) də axtarışlara qoşulub.


Son günlər ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri davam etdirilmiş, həmçinin onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar aparılıb.


Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) aparılır.


Axtarış işləri ilə bağlı əlavə məlumat veriləcək.​

 

Alpinistlərin axtarışından yeni  FOTOLAR
Alpinistlərin axtarışından yeni  FOTOLAR
Alpinistlərin axtarışından yeni  FOTOLAR
Alpinistlərin axtarışından yeni  FOTOLAR
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər