Ru
18:06 / 20 İyul 2018

Almaniyadan Azərbaycana deportasiya edilən şəxs niyə saxlanılıb? - Rəsmi açıqlama

3127
Dövlət Miqrasiya Xidməti Almaniyadan Azərbaycana kütləvi şəkildə deportasiya edilən azərbaycanlılarla bağlı məlumat yayıb.


Qurumdan BakuPost-a daxil olan məlumata görə, "Azərbaycan Res¬pub¬li¬ka¬sı ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” və "Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniya Federativ Respublikasının və İsveçrə Konfederasiyasının müvafiq qurumları tərəfindən  Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri  müəyyənləşdirilmiş 32 (otuz iki) şəxs çarter reysi ilə 18 iyul 2018-ci il tarixdə ölkəmizə göndərilib.


Readmissiya edilmiş 32 şəxsdən  2-nin - Bayramzadə Sinan Ədalət oğlu və Hüseynova Dilarə Qasım qızının  etibarlı sərhədkeçmə sənədləri olduğuna görə barələrində DMX-ya readmissiya sorğusu daxil olmayıb.


DMX tərəfindən readmissiya edilən şəxslərin qarşılanması məqsədilə Səhiyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə  18 iyul 2018-ci il tarixdə Heydər Əliyev Bey-nəlxalq Aeroportunda müvafiq tədbirlər həyata keçirilib. 


Bütün readmissiya edilən  şəxslər onları qarşılayan qohumlarına təhvil verilib, yalnız bir şəxs - Bayramzadə Sinan Ədalət oğlu Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər