Ru
23:05 / 23 May 2017

Alman deputatları Türkiyəyə getməkdən imtina etdilər

768
Almaniya Bundestaqının bir qrup deputatı Türkiyəyə planlaşdırılan səfəri ləğv edib.

 

BakiPost.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə alman mətbuatı məlumat yayıb.  

 

Qeyd edək ki, Bundestaqın vitse-prezidenti Klaudiya Rot ("Yaşıllar Partiyası”) və daha üç deputat 25-28 may tarixlərində Ankara, Diyarbəkir və İstanbula səfər etməyi planlaşdırıblarmış.

 

Səfər çərçivəsində Türkiyə XİN nümayəndələri, parlament rəhbərliyi və deputatlarla görüşlər nəzərdə tutulmuşdu.  

 

"İncirlik” aviabazasına baş çəkmək deputatlar planlarına daxil olmayıb.

 

Qərarın səbəbləri açıqlanmır. Səbəbləri Klaudiya Rot mayın 24-də açıqlayacağını bildirib.

 

Rəsmi Ankara bundan əvvəl alman deputatların  "İncirlik” aviabazasına səfərinin mümkünsüz olduğunu bəyan etmişdi. 

 

Bakı Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər