Ru
01:58 / 24 May 2018

Albalı yedikdən sonra tumunu atmayın - Alimlərin gizli saxladığı daha bir DƏRMAN

8141
Artıq albalı mövsümü başlayıb. Sağlamlıq üçün əvəzsiz olan bu meyvənin faydasının daha çox tumlarında olduğu açıqlanıb. Belə ki, qədimdən albalı tumlarından müxtəlif xalq təbabəti reseptlərdə istifadə olunurmuş.


BakuPost Medicina.az-a istinadən xəbər verir ki, tumların tərkibində bir çox meyvələrin çəyirdəyində olduğu kimi Amiqdalin maddəsi çoxdur. Məhz bu maddə çəyirdəyə acı dad verir. 


Mədə şirəsinin təsiri ilə amiqdalin qlükoza və sinil turşusuna ayrılır. Sinil turşusu tumun nüvəsində çoxdur və toksikidir, yəni zərərlidir. 


Badam və əriyə nisbətən albalıda bu toksiklik az - 0,9%-dir. 


Əgər albalı tumu ortadan bölmədən, çəyirdəyi sındırılmadan yeyilərsə, sinil turşusu orqanizmə düşmür. Bu zaman tum mədədə bölünmür, ərimir və çəyirdək demək olar ki, bağırsaqdan bütöv şəkildə xaric olur. 


Bir çox mütəxəssislər və həkimlər insanları sinil turşusu ilə zəhərlənməkdən ehtiyatlı olmağa çağıraraq, hətta albalı kompotu və mürəbbəsi qəbul etməkdən də çəkindirir. Çox insanlar albalının məhz bu toksikiliyinə görə uzaq durur və tumundan qorxur. Amma aparılan araşdırmalar göstərib ki, kompot, şirə və mürəbbədə olan tumlarda sinil turşusu yoxdur. Çünki bu məhsullar qaynadıldığı zaman təhlükə aradan qalxır. 


Amiqdalin – həm də B17 vitamini kimi məşhurdur və onun haqqında əfsanələr dolaşır. Son zamanlar B 17-nin xərçəngin dərmanı olması barədə fikirlər yazılır. Hətta alimlər bəyan etdilər ki, ərik çəyirdəyi yeyən adamlar xərçəngə yoluxmur. Ərik çəyirdəyində də Amiqdalin yüksək dərəcədədir.


Lakin bu yöndə aparılan elmi tədqiqatlar bu fikri təsdiq etmədi, əksinə, FDA təşkilatı rəsmi olaraq Amiqdalin tərkibli preparatların yüksək toksiki təsirinə görə qəbulunu qadağan etdi.


Lakin xalq təbabəti və qeyri-ənənəvi təbabətin biliciləri bu rəsmi mövqe ilə razılaşmayaraq, öz təcrübələrini aparıb və B17-nin zərəri barədə farmakoloji şirkətlərin bilə-bilə yanlış rəy verdiyini bəyan etmişdilər. Qısacası, onlar bildirirlər ki, farmakoloji imperiya xərçəngin dərmanını tapmaqda maraqlı deyil və bu işdə güclü olan çəyirdək, B17 məsələsini bilə-bilə səhv yola yönəldib.


Lakin ümumilikdə xalq təbabətində albalı tumlarından bir çox xəstəliklərdə istifadə olunmaqdadır:


-Podaqra

-Anemiya

-Böyrək, sidik kisəsi daşı

-Şəkərli diabet

-Pnevmoniya

-Avitaminoz

-Oynaq xəstəlikləri


Rusiyada albalı tumlarından uşaqlar və böyüklər üçün kisələr, yastıqlar, isidicilər, hətta oyuncaqlar da hazırlanıb. 

Albalı tumu doldurulmuş kisəciklər hazırlanıb, bu kisəciklərdən masaj məqsədilə istifadə olunub. Hətta tum doldurulmuş yastıq da yaradıblar. Belə yastıq və kisələrin immuniteti qaldırdığı, soyuqdəymə zamanı masaj edildiyində effektiv olduğu deyilir.


Albalı tumundan dərmanın hazırlanması:


5 qr zədəsiz, bütov tumların üzərinə 200 ml qaynar su alınır, 15 dəqiqə dəmlənir, sonra süzülür. Hazır dəmləmə gündə 2 dəfə 10 ml içilir.


Bu üsulla kompreslər və ayaq vannaları etmək olar. 



Uşaqlarda imminuteti qaldırmaq üçün isə tumları dəsmalın üzərinə sərib, döşəməyə qoyun. Uşaq, hətta böyüklər bu tumların üzərində 10 dəqiqə gəzərək ayaqlarını masaj etməlidir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər