Ru
11:53 / 15 Yanvar 2017

Ağır yanıq xəsarətləri almış qadın xəstəxanada öldü - FOTO

5464
Goranboy rayonunda iki gün öncə ağır yanıq xəsarətləri almış 52 yaşlı qadın dünyasını dəyişib.


"Report"un qərb bürosu xəbər verir ki, hadisə yanvarın 13-də rayonun Tatarlı kəndində baş verib. İkinci qrup əlil Nəhayət Cabbarova yaşadığı evin həyətindəki hamam sobasını yandırmaq istəyərkən ağır yanıq xəsarətləri alıb.


N. Cabbarova yaxınlarının köməyi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirib və ona tibbi yardım göstərilib.


Həkimlərin sözlərinə görə, dördüncü dərəcəli yanıq xəsarətləri almış N. Cabbarova bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

 

Qeyd edək ki, qadın ata evində qardaşı ilə birgə yaşayırmış.

 

Bakı Post

 




 

Ağır yanıq xəsarətləri almış qadın xəstəxanada öldü -  FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər